“Zaqatala“nın legionerləri yalnız onlara qənim kəsilib!

27 Aprel 2018 00:20 I Divizion 1 082
“Zaqatala“nın legionerləri yalnız onlara qənim kəsilib!

I Divizionda 25-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Sabah” “Ağsu” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib. Elə “Zaqatala” - “Şüvəlan” oyununda da qapılara 4 qol vurulub. Lakin liderlər qrupunda qərarlaşmış “Şüvəlan” autsayderlə oyunda xal itikisi ilə üzləşib.

Maraqlıdı ki, qonaqlar təkcə iki dəfə hesabda önə keçdiyi matçı itkiylə başa vurmayıb. Bakıətrafı qəsəbə təmsilçisi eyni zamanda ikincilik uğrunda mübarizədə demək olar “Xəzər“ə uduzub.

Sonuncular bu gün “Qaradağ Lökbatan“a qalib gəlsələr, həm liderliyi ələ keçirəcək, həm də “karqoçular“la xal fərqini 5-ə çatdıracaq. Əksi halda isə hər şey son tura qalacaq.

Çünki bunadək “Şüvəlan“ İmişlidə “Mil-Muğan“ın qonağı olacağı halda, digər debütant öz meydanında “Zaqatala“nı qəbul edəcək. Finiş həftəsində də bu rəqiblər Şüvəlanda üz-üzə gələcək.

“Zaqatala“dan söz düşmüşkən, “Şüvəlan“la səfərdə keçirilən görüşdə də bərabərlik qeydə alınmışdı – 1:1. Tarix yenə təkrarlandı və nisbətən məhsuldar.

Diqqətçəkən məqamı isə odu ki, şimal təmsilçisinin qış fasiləsindən sonra düşərgəsinə qatdığı legionerlər ötən həftələr ərzində cəmi 3 qol vurub. Və hamısı “Şüvəlan“ın qapısına. Bu da bir təsadüfmü? Aqil Nəbiyev bilər.

“Sabah” – “Ağsu” 4:0
Artyom Zabun, 48; 90+2. Təyyar Məmmədov, 55. Qvanzav Maqomedov, 65.
Binə qəsəbə stadionu.

“Zaqatala” - “Şüvəlan” 2:2
İsmael Koame, 69. Abbas Ganiu, 84 – Nuqzar Kvirtiya, 9. Sərxan Abdullayev, 70-avtoqol.
Zaqatala şəhər stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti