I Divizionda XXV turun oyun cədvəli müəyyənləşdi.
Sportinfo.az xəbər verir ki, "Qaradağ Lökbatan" ən yaxın izləyicisi "Xəzər"i qəbul edəcək.
Liderlərin mübarizəsini "CBC Sport" kanalı canlı yayımlayacaq. Qarşılaşma aprelin 27-də, saat 16:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
"Qaradağ Lökbatan" 46 xalla turnir cədvəlinin lideridir. "Xəzər" 2 xal geri qalaraq ikinci yerdə qərar tutub. Üçüncü pillənin sahibi olan "Şüvəlan"ın akticində 41 xal var.
26 aprel (cümə axşamı)
“Sabah” – “Ağsu”
Binə qəsəbə stadionu
“Zaqatala”- “Şüvəlan”
Zaqatala şəhər stadionu
27 aprel (cümə)
“Qaradağ Lökbatan” – “Xəzər”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
MOİK – “Mil-Muğan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
“Binə” – “Turan Tovuz”
Binə qəsəbə stadionu
Qeyd: Turun bütün görüşləri 16:00-da başlanacaq.
Sportal.az xəbər verir ki

