"Xəzər" Premyer Liqa üçün bütün sənədləri AFFA-ya təqdim edib"

21 Aprel 2018 09:12 I Divizion 1 085
"Xəzər" Premyer Liqa üçün bütün sənədləri AFFA-ya təqdim edib"

I Divizionda çıxış edən "Xəzər" qələbələri sıralamaqda davam edir.

Komanda növbəti qalibiyyəti "Binə" üzərində qazanıb - 3:0.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçinin baş məşqçisi Elşad Əhmədov oyunla bağlı fikirlərini və qarşıdakı perspektivlərini dəyərləndirib.

- İlk dövrədə səfərdə "Binə"yə məğlub olduğumuz üçün matça çox istəkli çıxmışdıq. Şükürlər olsun ki, ilk hissədə hesabı açdıq və ardından ikinci hissədə daha iki qol vuraraq 3:0 hesablı qələbə qazandıq.

Ardıcıl qələbələr komandada arxayınlıq yaratmır ki?
- Ola bilər ki, arxayınlıq yaransın. Amma əlimizdən gələni edəcəyik ki, sonra problem olmasın.

Rəqibləriniz olan "Şüvəlan" və "Qaradağ Lökbatan"ın öz aralarındakı qarşılaşmada heç-heçə etdilər. O matçı izlədinizmi?
- Bəli, oyunu stadiondan izlədik. Hər ikisi yaxşı komandadı. Çempionluq uğrunda da maraqlı mübarizə gedir. Sona 3 tur qalmış hər bir komanda bir-birinə qarşı oynayacaq.

Elə növbəti turda "Qaradağ Lökbatan"la qarşılaşacaqsınız...
- Bizi olduqca maraqlı oyun gözləyir. "Qaradağ Lökbatan" yaxşı kollektivə sahibdir.

Bu mövsüm lökbatanlıları məğlub edən komandalardan biri də "Xəzər"di və növbəti tur rəqibiniz üzərində qələbə qazansanız, liderliyi ələ keçirəcəksiniz....
- İnşallah, qələbə qazanmağa çalışacağıq. "Qaradağ Lökbatan" I Divizionda "oturuşmuş" heyətə malik komandadı. Buna görə də bizə çətin olacaq.

Kənan Mirzəliyev bu gün sarı vərəqə ilə alaraq "Qaradağ Lökbatan"la matçda cəzalı vəziyyətə düşdü. Bunu komanda üçün ciddi itki hesab etmək olarmı?
- Bu, bizi sevindirə bilməz. Kənanın o matçda oynamasını çox istərdik. Çünki son turlar formada idi və istəkli çıxış edirdi. Amma onun yoxluğunu da ciddi itki adlandırmazdım. Heyətimizdə onu əvəz edə biləcək futbolçular var.

"Xəzər" yeni yaranan komanda olduğu üçün Premyer Liqaya yüksələcəyi halda lisenziya verilməyə bilər...
- Lisenziya üçün lazım olan bütün sənədləri AFFA-ya təqdim edib. Sonrakı proseslər isə klub rəhbərliyi və federasiya arasında olan məsələdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti