I Divizionda 17-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Zaqatala" doğma meydanda "Xəzər"i qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Ev sahibləri 11-ci dəqiqədə hesabı açsa da, Bəxtiyar Soltanov az sonra bərabərlik qolunu vurub. 86-cı dəqiqədə isə Tural Qürbətov qonaqlara 3 xalı qazandırıb.
Oyun çox gərgin keçib. Xüsusən son bölüm. «Zaqatala»lı Sahil Zeynalov 90+2-ci dəqiqədə qırmızı vərəqə alıb. Adi mübahisə zamanı Qürbətovun sifətinə əllə zərbə endirdiyinə görə.

