“Xəzər”in "Sabah" darmadağını

16 Fevral 2018 00:30 I Divizion 566
“Xəzər”in "Sabah" darmadağını

Divizionun 2017/18 mövsümündə qış fasiləsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, ikinci dövrə bu gün 14-cü turun oyunları ilə start götürüb.

İlk oyun günündə iki qarşılaşma baş tutub. Son çempion “Turan Tovuz” doğma meydanda MOİK-lə qarşılaşıb.

Tovuz klubu bu oyunda hesabı açan tərəf olsa da, matçın sonlarında qələbəni əldən verib. Hesabı bərabərləşdirməklə kifayətlənməyən “hərbçilər” hətta əlavə vaxtda qələbə qolunu da vurmağa imkan tapıblar.

Günün digər matçında “Xəzər” “Sabah”la üz-üzə gəlib. Bu oyunda isə meydan sahibləri darmadağınla qalib gəliblər.

“Turan Tovuz” – MOİK 1:2
Qol: Elməddin Hüseynzadə, 26 – Kamil Nurəhmədov, 74, Orxan Həsənov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu.

“Xəzər” – “Sabah” 3:0
Qol: İsa Cəbiyev, 67. Bəxtiyar Soltanov, 73. Tural Qürbətov, 90+2.
Qırmızı vərəqə: Şirməmməd Məmmədov, 82.
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Azər Əsgərov, Vüqar Həsənli.
Bakı. “İnter Arena”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti