Nuqzar Kvirtiya “Binə”nin taleyini həll etdi, "Qaradağ" isə...

16 Fevral 2018 17:12 I Divizion 642
Nuqzar Kvirtiya “Binə”nin taleyini həll etdi, "Qaradağ" isə...

Divizionda 14-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.

“Mil-Muğan” doğma meydanda “Ağsu”nu qəbul edib və 4 cavabsız qolla qələbə qazanıb.

“Şüvəlan” isə “Binə”ni məğlub yola salıb. Şüvəlanlılara 3 xal üçün 1 qol bəs edib. Lider “Qaradağ Lökbatan” səfərdə autsayder “Zaqatala” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə çətin qələbəyə seviniblər.

“Mil-Muğan” – “Ağsu” 4:0
Qol: Samir Babayev, 42. Şahin Əliyev, 77; 90+3. Samir Babayev, 90+1-pen.
Hakimlər: Xəlil Xəlilov, Elşən Acalov, Cəmil Quliyev, Etibar Həsənov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

“Şüvəlan” – “Binə” 1:0
Qol: Nuqzar Kvirtiya, 27.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Elgün Hüseynov.
Bakı. “AZAL Arena”.

“Zaqatala” – “Qaradağ Lökbatan” 1:2
Qol: Haqverdi Həsənov, 74 – Sabir Allahquliyev, 64. Elvin Adışirinli, 80.
Hakimlər: Ziya Nəsirov, Elşad Abdullayev, Ruslan Nəsibov, Namiq Bəkirov.
Zaqatala şəhər stadionu

1 Qaradağ Lökbatan 14 12 2 0 31-10 38
2 MOİK 14 7 2 5 21-16 23
3 Şüvəlan 14 7 1 6 15-12 22
4 Binə 14 6 3 5 21-13 21
5 Mil-Muğan 14 6 2 6 24-27 20
6 Xəzər 14 5 4 5 14-9 19
7 Ağsu 14 5 3 6 17-26 18
8 Turan Tovuz 14 5 3 6 18-20 18
9 Sabah 14 4 3 7 15-24 15
10 Zaqatala 14 1 1 12 9-28 4

Elnur Səmədov ("Turan Tovuz") - 8 qol
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 7 qol
Bəhruz Teymurov (MOİK) - 6 qol
Samir Babayev (Mil-Muğan) - 6 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti