I Divizionda mübarizə aparan «Xəzər» tam şəkildə «İnter Arena»ya köçüb.
Öncəki razılaşmaya əsasən, aşağı dəstə təmsilçisi ikinci dövrənin ev oyunlarını burda keçirməklə kifayətlənmişdisə, artıq hər gün məşq keçmək üçün «Dalğa Arena»ya getmək lazım gəlməyəcək.
Debütantın hazırlıq prosesi də şəhərin mərkəzində yerləşən idman qurğusunda olacaq.
Bundan əlavə, «Xəzər»in 7-8 yaşlılardan ibarət akademiya komandası da «İnter Arena»ya yerləşdirilib (Sportinfo.az).

