Birinci Divizion təmsilçiləri “Xəzər” və MOİK qış təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçiriblər.
Sportinfo.az xəbər verir ki, sözügedən komandalar “Dalğa Arena”da üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

