Əsədov Əsədovu "Sabah"lıq etdi - FOTO

8 Fevral 2018 20:48 I Divizion 916
Əsədov Əsədovu "Sabah"lıq etdi - FOTO

Birinci divizion təmsilçisi "Sabah" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, müqavilə ilə "Səbail"ə məxsus olan Seymur Əsədov mövsümün sonuna kimi icarə əsasında Arif Əsədovun komandasında çıxış edəcək.

"Qəbələ"nin yetirməsi olan Əsədov, AZAL və "Sumqayıt" klublarında da forma geyinib. Vaxtilə U-21 yığmamızın şərəfini qoruyan dayaq yarımmüdafiəçisi, əsas milliyə də çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti