"Karvan", "Neftçi", "Bakı" və "İnter"in sabiq üzvü "Sabah"da

8 Fevral 2018 13:36 I Divizion 719
"Karvan", "Neftçi", "Bakı" və "İnter"in sabiq üzvü "Sabah"da

Birinci Divizion təmsilçisi “Sabah” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, sözügedən klub Rusiya “Alaniya”sının yetirməsi sayılan Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Cari mövsümün ilk yarısında “Şüvəlan”da çıxış edən sol cinah müdafiəçisi, "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib.

Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu, əsas millimizə də çağırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti