"Şahdağ" üçün prezidentə xahiş: "Qohumunu bura göndərmə"

8 Fevral 2018 11:00 I Divizion 786
"Şahdağ" üçün prezidentə xahiş: "Qohumunu bura göndərmə"

Qusarın futbol azarkeşləri «Azərenerji»nin prezidenti Etibar Pirverdiyevə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, «Şahdağ»sevərlər ondan kluba normal dəstək verməsini və işini bilən rəhbər təyin etməsini istəyiblər.

Onların fikri eyni zamanda Pirvepdiyevlə görüşmək, rayon futbolunun real vəziyyəti barədə doğru-dürüst məlumat verməkdi.

Şimalli fanatlar «Şahdağ»ın gələcəyindən narahatdı. Xüsusən Ərəstun Nifiyevin çirkin əməlləri ifşa olunduqdan sonra. Yaxınlarda prezident postundan uzaqlaşdırılan bu zat 12 ildən artıq müddətdə klubun başına min oyun açıb.

O, «Şahdağ»a Pirverdiyevlə qohumluq bağları sayəsində gəlmişdi. Qusarlı tərəfdarlar ehtiyat edir ki, «Azərenerji»nin patronu bura yenə başqa bir qohumunu göndərər. Onlar klubun yerli futbol adamlarından birinə tapşırılmasını xahiş edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti