"Rostov"un yetirməsi "Sabah"da

7 Fevral 2018 19:12 I Divizion 640
"Rostov"un yetirməsi "Sabah"da

Birinci Divizion təmsilçisi “Sabah” qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub cari mövsümün ilk yarısında "Kəpəz"də çıxış edən Məhəmməd Qurbanovla mövsümün sonuna kimi müqavilə imzalayıb.

Rusiyanın "Rostov" klubunun yetirməsi sayılan Məhəmməd, peşəkar karyerası ərzində "Taqanroq" (Rusiya), "Sumqayıt" və "Neftçi" klublarında da forma geyinib.

Azərbaycanın U-18, U-19, U-21 yığmalarının şərəfini qoruyan hücumameyilli yarımmüdafiəçi, əsas millidə 3 matç keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti