Birinci Divizionun lideri “Qaradağ Lökbatan” “Binə” ilə yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qapılara 4 qol vurulub.
Meydan sahibləri oyunun gedişində 2:0 hesabı ilə önə keçsə də, binəlilər qarşılaşmanın final fitinə kimi hesabda tarazlıq yarada biliblər. Nəticədə, divizion təmsilçiləri sonda heç-heçəyə razılaşıblar.

