“Xəzər”in toplanışı başa çatdı

3 Fevral 2018 13:48 I Divizion 495
“Xəzər”in toplanışı başa çatdı

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşan “Xəzər”in Antalyadakı təlim-məşq toplanışı yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Birinci Divizion təmsilçisinin ötən gün Vyananın “Karabakh” klubu ilə sonuncu yoxlama oyunu Avstriya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatdı.

Elşad Əhmədovun çalışdırdığı komanda toplanışa məhz bu oyunla yekun vurub. “Xəzər” Antalyada bütövlükdə 5 yoxlama görüşü keçirdi.

3 oyunda Bakı klubu qalib gəldiyi halda, 2 oyunda da rəqibləri üstün oldular. Rəqib qapılarından 8 top keçirən “birincilər” eyni sayda da qola üzüldülər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti