Birinci divizion təmsilçisi "Xəzər" Antalyada təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, paytaxt klubu Bolqarıstanın "Vereya” komandası ilə qarşılaşıb.
Elşad Əhmədovun komandası yüksək liqa təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanıb. “Xəzər”in hər iki qolunu hücumçu Ramil Həsənov vurub.

