Şimali Kipr klubundan Azərbaycana - "Xəzər"ə qayıtdı

29 Yanvar 2018 18:24 I Divizion 756
Şimali Kipr klubundan Azərbaycana - "Xəzər"ə qayıtdı

Birinci Divizion təmsilçisi “Xəzər” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını Şimali Kiprin “Yeniboğaziçi” klubunda keçirən Nodar Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Şahdağ” futbol klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə "Qarabağ", MOİK, "Qəbələ", "Rəvan", "Sumqayıt" və "Xəzər Lənkəran" klublarında da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti