“Turan Tovuz”dan “Kəpəz”in əvəzedicilərinə 2 cavabsız qol

27 Yanvar 2018 17:24 I Divizion 641
“Turan Tovuz”dan “Kəpəz”in əvəzedicilərinə 2 cavabsız qol

Mövsümün ikinci yarısının hazırlığını doğma şəhərdə davam edən “Turan Tovuz” toplanış çərçivəsində ilk yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi “Kəpəz”in əvəzedicilərindən ibarət komandası ilə qarşılaşıb. Oyun "Turan Tovuz"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, məşqçilər korpusu bu matçda əsasən gəncləri və baxışda olan futbolçuları sınaqdan keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti