Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər" növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, I divizion təmsilçisi yerli "Kəmərspor" ilə qarşılaşıb.
Oyun Kəmərdəki Dr. Fehmi Öncel stadionunda keçirilib. "Xəzər" Türkiyə təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanıb.
Qarşılaşmanı slovakiyalı FIFA referisi Boris Marhefkanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.

