I Divizion təmsilçisi “Sabah" qış fasiləsində növbəti transferini reallaşdırıb.
"Şaxtyor"un (Donetsk) yetirməsi, Xarkov "Metallist"inin U-19, U-21 komandalarında forma geyinən Vladlen Normaniya mövsümün sonuna kimi “Sabah”la müqavilə imzalayıb.
18 yaşlı Azərbaycan əsilli Ukrayna vətəndaşı dayaq yarımmüdafiəçi mövqeyində çıxış edir. Komandanın baş məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlamasında onu Leonel Messiyə bənzədib:
«Vladlenin atası azərbaycanlıdı. O, bir neçə aydı burdadı, komandayla bir yerdə məşq edir. Yaşına görə onunla müqavilə bağlamağı indiyə saxlamışdıq.
Hər iki ayağıyla oynaya bilən, meydanı görmək qabiliyyəti yüksək olan istedadlı uşaqdı. Vladlenin böyük gələcəyi var.
Texnikası ilə Messiyə oxşayır. Əla sürəti var. Topla rəftarına söz ola bilməz. Bir neçə il sonra hamı bu uşaqdan danışacaq".

