Yenilər "Xəzər"dən danışdılar

23 Yanvar 2018 09:12 I Divizion 588
Yenilər "Xəzər"dən danışdılar

"Xəzər" Antalyada təlim-məşq toplantısına davam edib.

Sportinfo.az ıI Divizion klubunun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu yağışlı havada məşq edib və bu komandanın planlarına mane olmayıb.

Komandanın yeni transferləri - Novruz Məmmədov və Tanrıverdi Məhərrəmli açıqlama veriblər:

Novruz Məmmədov: "Ayın 15-dən təlim-məşq toplanışındayıq. Artıq 1 həftədir ki, bir yerdəyik. Məşqlərimiz fiziki və taktiki çalışmalar üzərində qurulub. Şənbə günü Almaniyanın III Bundesliqasında çıxış edən "Vakker Nordhauzen" klubu ilə matçda (0:3) çatışmayan və müsbət cəhətlərimi gördük. Yaxşı komandaya qarşı mübarizə apardıq. Bu oyun bizə üstünlük verəcək ki, daha yaxşı hazırlaşaq. Ümid edirik ki, Bakıya yaxşı formada qayıdacağıq".

Tanrıverdi Məhərrəmli: "2-ci dövrədə yeni qurulan komandayıq. Bakıda iki, Antalyada 1 yoxlama görüşü keçirdik. Yüklənmə mərhələsindəyik. "Vakker Nordhauzen"lə matçdakı məğlubiyyətdən dərs çıxaracağıq. Bakıya daha yaxşı qayıdacağıq və istədiyimiz oyunu sərgiləyəcəyik. Möhkəm, mehriban kollektiv yaratmaq istəyirik. Bunu bacardıqdan sonra uğurlarımız da olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti