Şəmkirin icra başçısı Alimpaşa Məmmədov rayonun eyniadlı klubunun keçmiş prezidenti Elvin Səfərlini mat vəziyyətinə salıb.
Külli miqdarda borcu başına yığdığına görə Azərbaycanı tərk edən gənc iş adamı, çətin ki, bir də nəvaxtsa futbola dönə.
Ümumiyyətlə, onun vətənə qayıtmasının özü böyük sual altındadı. Hamı hər yerdə onu axtarır. Tək futboldan, komandadan dolayı deyil. Başqa biznes işlərinə görə başı cəncəldədi.
E.Səfərli «Şəmkir»ə aid əsas sənədləri, hətta inventarı belə, özüylə götürmüşdü və vermirdi. İcra başçısı hamısını ondan geri alıb. Şəmkirdə yerləşən obyektinə adamlar göndərək, orda klubla bağlı nə varsa, yığışdırıb stadiona gətizdirib.
A.Məmmədovun peşəkar səviyyədə klub saxlamaq fikri artıq yoxdu. Regional Liqada mübarizə aparan «Şəmkir»ə maliyyə dəstəyi verilmir. İcra Hakimiyyəti yol xərcindən savayı, komandaya 1 manat da vəsait ayırmayıb.

