Ölkə xaricinə yollanmaq istəyi baş tutmadı - Yeni mövsümə Azərbaycanda başlayacaq

8 Avqust 03:40 I Divizion 1 652
Ölkə xaricinə yollanmaq istəyi baş tutmadı - Yeni mövsümə Azərbaycanda başlayacaq

Ötən mövsümü Albaniyanın birinci liqa təmsilçisi olan “Poqradeçi”də keçirmiş Elməddin Məmmədov oradan ayrılıb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qolkiperin bu dəfə ölkə xaricinə yollanmaq istəyi baş tutmayıb.

O, yeni mövsümə Azərbaycanda başlayacaq. Məmmədov “Xankəndi” ilə anlaşıb.

I Liqa klubu onunla 1 illik müqavilə imzalayıb.

30 yaşlı qapıçı “Luftetari”, “Yedinstvo Bihac”, “Muras Yunayted”, “Alqa Bişkek”(hər ikisi Qırğızıstan), “Araz-Naxçıvan”, “TC Spors Club”(Maldiv adaları), “Spartak”(Tsxvinali, Gürcstan), “St.Andryus”(Malta) klublarının qapısını qoruyub

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM