“Mingəçevir”in yeni baş məşqçisi açıqlanıb.
Sportinfo.az I Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Elman Sultanov çalışdıracaq.
Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Onun son iş yeri “Difai” olub. “Fədailər”i ötən mövsümün son 3 çayında çalışdıran Sultanov onları I Liqada saxlaya bilməyib.
