Borc içində cabalayan klubda yeni baş məşqçi, 1 illik müqavilə

09:40 I Divizion 214
Borc içində cabalayan klubda yeni baş məşqçi, 1 illik müqavilə

«Mingəçevir»in yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Ramiz Məmmədovdan boşalan postu Elman Sultanov tutub.

Onunla 1 illik müqavilə imzalanıb. Son olaraq «Difai»də çalışmış mütəxəssisin qarşısına konkret məqsəd qoyulub.

«Fədailər»i I Liqada saxlaya bilməyən Sultanov bu dəfə «işıqçılar»la çempionluq uğrunda mübarizə aparmalıdır.

Mingəçevir şəhərinin eyniadlı təmsilçisi ötən mövsüm çempionatda ikinci yeri tutub və Premyer Liqaya vəsiqə uğrunda pley-off matçına vəsiqə qazanıb.

Burada isə komandanın elitanın 11-cisi «Qəbələ»yə 0:2 hesabıyla uduzaraq, tarixi şansı qazanıb.

İndi isə burada vəziyyət çox pisdir. Klub rəhbərliyinin 250 min manata yaxın borcu əmələ gəlib.

«Mingəçevir»də nə qədər adam işləyirsə, hamısının maaşları yığılıb qalıb, ödəmək istəmirlər. Hər gün bir bəhanə gətirərək, vaxt udurlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti