“Zaqatala” yeni mövsüm öncəsi seleksiya məşqləri təşkil edəcək

30 İyul 07:10 I Divizion 429
“Zaqatala” yeni mövsüm öncəsi seleksiya məşqləri təşkil edəcək

Birinci Liqada çıxış edən “Zaqatala” yeni mövsüm öncəsi seleksiya məşqləri təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində keçiriləcək seçimlərdə məqsəd istedadlı və perspektivli futbolçuları müəyyənləşdirməkdir.

Seleksiyada 16-25 yaş arası, peşəkar və ya həvəskar futbol təcrübəsi olan, fiziki hazırlığı yüksək səviyyədə olan oyunçular iştirak edə bilərlər.

Seçim məşqi 1 avqust tarixində saat 18:00-da Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Seleksiyada iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün əlaqə nömrəsi: +994 70 514 07 80 (WhatsApp).

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”