Yeni himayədari olan klub paytaxtdan bu şəhərə köçürüldü

09:40 I Divizion 174
Yeni himayədari olan klub paytaxtdan bu şəhərə köçürüldü

Bakıda məskunlaşan klub regiona köçməyə qərar verib.

Gələn mövsümdən etibarən «Gəncəbasar» adıyla I Liqada mübarizə aparacaq «Cəbrayıl» paytaxtı Mingəçevirə dəyişib.

Komanda çempionat oyunlarını məhz bu şəhərdə keçirəcək.

İki ildir I Liqada yarışan klub dəyişiklik ərəfəsindədir. Yeni sponsorun gəlişi səbəbindən.

Gəncə bölgəsindən olan iş adamı onları öz himayəsinə götürüb. Hüquqi proses bu həftə rəsmiləşəcək.

Bu arada komandanın baş məşqçisi dəyişib. Tarıq Qasımov sükan arxasından uzaqlaşdırılıb.

Onun yerinə isə Elhad Nəziri gətirilib. Sözügedən mütəxəssis Qarabağ bölgəsini təmsil edən kluba tanış birisidir. 2024/25-ci il mövsümündə kollektivi çalışdırıb.

2022-ci ildə yaradılan «Cəbrayıl» FK-nın iki təsisçisi var - Cavid Hüseynov və Şahin Məmmədov.

Hüseynov iyunda «Araz-Naxçıvan»ın baş məşqçi postuna təyinat alıbsa, Məmmədov ötən il «Zəngəzur»u yaradıb.

Qərbi Azərbaycan bölgəsini təmsil edən komanda finalda «Marafon»u 2:1 udaraq, Region Liqasının qalibi olub.

«Cəbrayıl» bu ilin yanvarından ciddi maliyyə çatışmazlığından əziyyət çəkirdi.

Həmin tarixdən bəri qarabağlılara yalnız Ceyhun Abbasov yardım əlini uzadıb. «Avrora»nın sahibi mayın sonunadək kluba maddi dəstək verib - hər ay 2000 manat civarında.

«Cəbrayıl»ın satış qiyməti ilk vaxtlar 1 milyon manat olaraq göstərilirdisə, indi bu rəqəm 600 min manata qədər düşüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!