Yeni mövsümə iddialı hazırlaşan "Səbail" daha bir Premyer Liqa təcrübəsi olan oyunçunu heyətinə qatıb.
Söhbət gənclər millimizin sabiq yarımmüdafiəçisi Pərviz Azadovdan gedir.
25 yaşlı futbolçunun son klubu "Şəfa" olub.
Bakı təmsilçisi ilə ötən mövsüm Birinci Liqanın çempionu olub.
Pərviz Premyer Liqa klublarından "Zirə" və "Şamaxı"da forma geyinib.
Adıçəkilən klublarda meydana çıxdığı 27 oyunda 3 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

