“Komandanın o qədər problemi var ki…” - Ayrılan məşqçi

22 İyul 15:00 I Divizion 1 238
“Komandanın o qədər problemi var ki…” - Ayrılan məşqçi

«Komandanın o qədər problemi var ki…».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Mingəçevir»in məşqçisi Elnar Kərimov deyib.

Qapıçılar üzrə mütəxəssis ötən mövsüm çalışdığı «işıqçılar»la müqaviləsinin bitdiyini söyləyib.

O, I Liqada mübarizə aparan doğma şəhərinin klubunun maliyyə vəziyyətinin pis olduğunu və buradan ayrılacağını söyləyib:

«Heç bilinmir gələn sezonda vəziyyət necə olacaq. Belə görünür ki, burada qalıb işləməyəcəm.

Başqa təklif olsa, çıxıb gedəcəm. Heç bizim maaşları doğru-düzgün iki aydır vermirlər.

Gələn il üçün nə plan quracaqlar, heç özləri də bilmir. Bu mövsüm həm çox ağır oldu, həm də uğurlu.

Kollektiv olaraq böyük əziyyət çəkdik, yenə də gəlib çempionatı ikinci yerdə başa vurmağı bacardıq».

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”