Premyer Liqanı tərk edən "Karvan-Yevlax" qabıq dəyişir.
Bölgə klubu əcnəbilərin hamısı ilə yolları ayırıb.
Yerli oyunçulardan isə maksimum 5-6 nəfərlə Birinci Liqada da yola davam ediləcək.
Onlardan biri Elton Turabovdur.
Rəsmilər düşünür ki, Premyer Liqa təcrübəsi olan oyunçu aşağı liqada klubunun gücünə güc qata bilər.
Qalır başqa təklifləri də olan 29 yaşlı futbolçunu buna razı salmaq.
Turabov başa çatan mövsüm 21 matçda meydanda olub və 1 qolla yadda qalıb.
O, daha əvvəl "Qarabağ", "Sabah", "Sumqayıt" və "Turan Tovuz" formasını geyinib.
Gənclər millimizin sabiq üzvü qısa müddətdə Albaniyada legioner həyatı da yaşayıb.Premyer Liqanı tərk edən "Karvan-Yevlax" qabıq dəyişir.
XANOĞLAN / SPORTİNFO.AZ

