COP29

Azərbaycana yeni gələn legioner komandasının uduzması üçün görün, nələr etdi!

23 Fevral 23:00 I Divizion 2 193
Azərbaycana yeni gələn legioner komandasının uduzması üçün görün, nələr etdi!

Birinci Liqanın qış çempionu “Qaradağ Lökbatan” üçün mövsümün ikinci yarısı uğursuz start götürüb.

Arxada qalan 3 turda kollektiv qələbə üzünə həsrətdir.

Səfərdə “Zaqatala” ilə bərabərə qalan (1:1) qəsəbə təmsilçisi ötən tur uzun aradan sonra qayıtdığı doğma Lökbatan Olimpiya Kompleksinin stadionunda “Karvan”a məğlub olmuşdu – 0:1.

Nəhayət, tilsiminin MOİK-lə səfər qarşılaşmasında qırılacağı gözlənilirdi.

Amma növbəti qələbə cəhdi də uğursuzluqla nəticələndi.

Qış fasiləsində 4 legionerlə güclənən, qarşısına konkret olaraq Premyer Liqaya yüksəlmək vəzifəsi qoyulan “Qaradağ Lökbatan” matça çox yaxşı başlamışdı.

Artıq 37-ci dəqiqədə qonaqlar 2:0 önə çıxmağı bacarmışdı.

Amma cəmi 1 dəqiqə sonra Elmir Rəhimzadə fərqi 1 topa endirə bildi.

Uzun müddət qarşılaşmada hesab dəyişmədi.

81-ci dəqiqədə MOİK-in qapısına penal təyin olunanda matçın qırılma nöqtəsi olacağını ehtimal etmək olardı.

Lakin 2-ci qolun müəllifi olan yeni transfer Rayan Guibero Zeynal Əhmədzadə ilə dueldən məğlub ayrıldı.

Hələ bu harasıdır, bir qədər sonra afrikalı legioner komandasına növbəti zərbəni vurdu.

O, bu dəfə MOİK-in penal vurmaq hüququ əldə etməsinə səbəb oldu.

Rəqibin qapıya gedən zərbəsini əllə kəsən vingerin özü isə qırmızı vərəqə ilə meydandan qovuldu. Bununla da "19 nömrə" Azərbaycan təmsilçisinin heyətində keçirdiyi ikinci matçdaca anti qəhrəman olmağı ilə yadda qaldı.

90+9-cu dəqiqədə Elmir penalı dəqiq yerinə yetirməklə həm dublunu rəsmiləşdirdi, həm də MOİK-i məğlubiyyətdən xilas etmiş oldu.

Baş məşqçi Azər Həşimov yəqin ki, itirilən bu xallara görə Guibero ilə şəxsən söhbət edəcək.

Axı fasilədə komandanın gücləndirmək, iddiasını artırmaq üçün heyətə cəlb edilən futbolçu qısa müddətdə öz intizamsızlığı ilə yadda qalmış oldu.

Erkən qarşısı alınmsa, sərt üz görməsə, Həşimovun başı hələ çox ağrıya bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"