Əyalət klubu yeni sponsorundan nə qədər pul əldə edəcək?

14 Fevral 23:20 I Divizion 918
Əyalət klubu yeni sponsorundan nə qədər pul əldə edəcək?

Bugünlərdə "Zaqatala" ilə "Music Gallery" arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan sövdələşmə I Liqa klubuna yeni maliyyə mənbəyi qazandırıb.

Əyalət təmsilçisi bu əməkdaşlığın qarşılığında hər ay 5000 manat vəsait əldə edəcək.

Əvəzində komandanın formalarının ön hissəsini sözügedən brendin loqosu bəzəyəcək.

İşbirliyinin müddəti? Rtedaksiyamıza daxil olan məlumata görə, tərəflər uzun müddət bir arada olmağa dair razılığa gəliblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti