Azərbaycanın region klubuna yeni sponsor gəldi - FOTOLAR

12 Fevral 18:00 I Divizion 1 420
Azərbaycanın region klubuna yeni sponsor gəldi - FOTOLAR

"Zaqatala" ilə "Music Gallery" arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Sportinfo.az xəbər verir ki, fevralın 12-si Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Zaqatala” və “Music Gallery” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan FİF-in icraçı direktoru Tural Piriyev FİF-in vasitəsilə ölkə futboluna daha bir özəl sektor nümayəndəsinin cəlb olunmasından qürur duyduğunu bildirib və "AGA Group"un rəhbərliyinə bölgə klubuna dəstəyə görə təşəkkür edib.

Daha sonra “Zaqatala”nın İdarə Heyətinin üzvü Musa Qurbanov, “AGA Group”un təsisçisi Aydın Demirçi və icraçı direktoru Qafar Demirçi ilə yanaşı, “Music Gallery”nin direktoru Məsməxanım Ağayeva çıxış edib.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini “Zaqatala” futbol klubunun İdarə Heyətinin sədri Şaban Şirdanov və “AGA Group”un təsisçisi Aydın Demirçi imzalayıblar.

Hər iki tərəf bölgə futboluna dəstəyin vacibliyini vurğulayaraq, əməkdaşlığın uğurlu olacağına inandıqlarını bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti