Ayrılıq başa çatır – Çempionatın lideri doğma ünvana qayıdır

9 Fevral 20:00 I Divizion 2 306
Ayrılıq başa çatır – Çempionatın lideri doğma ünvana qayıdır

Qış fasiləsindən sonra daha bir klubumuz doğma stadionuna qayıdacaq.

Söhbət Birinci Liqanın lideri "Qaradağ Lökbatan"dan gedir.

Qış fasiləsində 4 legionerlə güclənən klub, nəhayət, öz azarkeşləri önündə çıxış edəcək.

Belə ki, Lökbatan Olimpiya İdman Kompleksinin qazonu yenisi ilə əvəzlənib.

Arenaya baxış keçirən Peşəkar Futbol Liqasının rəsmiləri görülən işlərdən razı qalıblar.

Müsbət rəy alan arena 15 fevral keçiriləcək "Qaradağ Lökbatan" - "Karvan" matçına ev sahibliyi edəcək.

Xatırladaq ki, qəsəbə təmsilçisi birinci dövrənin ev oyunlarını Neftçi Futbol Mərkəzinin 4-cü meydançasında keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti