Azərbaycan yığmasında çıxış etmiş qalmaqallı oyunçu rəsmən yeni klubunda

9 Fevral 03:00 I Divizion 1 916
Azərbaycan yığmasında çıxış etmiş qalmaqallı oyunçu rəsmən yeni klubunda

"Turan Tovuz"un yollarını ayırdığı Budaq Nəsirovun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Karvan"da çıxış edəcək.

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

U-19 və Azərbaycanın U-21 millilərində çıxış etmiş Nəsirov bir neçə gün əvvəl “Turan Tovuz-2”nin heyətində "Səbail-2" ilə qarşılaşma zamanı komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

AFFA İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb. Bundan sonra "Turan Tovuz" futbolçu ilə müqaviləyə xitam verib.

Digər Xəbərlər
Xəbər Lenti