"Difai" yeni ilə darmadağınla başladı

8 Fevral 17:40 I Divizion 356
"Difai" yeni ilə darmadağınla başladı

Bu gün Azərbaycan I Liqasında XIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan MOİK Bakıda gözlənilmədən «Karvan»a uduzub.

Çempionatda yerini qorumaq istəyində olan «Difai» ilə «Araz Saatlı»nın görüşündən Ağsu təmsilçisi böyükhesablı qələbə ilə ayrılıb. Qarabağ qazilərinin komandası Şamaxıda qonaqların qapısından 4 cavabsız top keçirib.

«Şamaxı» isə çətin Mingəçevir səfərindən 3 xalla dönüb.

Turun digər görüşləri sabah baş tutacaq.

MOİK - "Karvan" 0:1
Qol: İ
zzət Müştaqov, 86

"Mingəçevir" - "Şamaxı" 0:1
Qol:
Emin Zamanov, 64 (pen)

"Difai Ağsu" - "Araz Saatlı" 4:0
Qollar:
Seymur Rəhimov, 5, Rəhman Quliyev, 17, Tahir Zeynalov, 73, Əbil Əbilov, 79

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 12 8 3 1 22-7 27
2 Şamaxı 13 7 4 2 29-13 25
3 MOİK 13 6 4 3 20-12 22
4 Karvan 13 6 3 4 22-15 21
5 İmişli 12 5 5 2 17-7 20
6 İrəvan 12 6 2 4 18-12 20
7 Zaqatala 12 4 4 4 16-17 16
8 Mingəçevir 13 4 2 7 11-20 14
9 Difai Ağsu 13 2 1 10 12-29 7
10 Araz Saatlı 13 1 0 12 8-43 3

BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 11 qol
Emin Zamanov ("Şamaxı") - 8 qol
Peter Kinqs ("Karvan") - 6 qol

İsa Zeynallı (MOİK) - 6 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 6 qol
Xəzər Mahmudov ("İmişli") - 5 qol

Cəlal Cəbrayılov ("Şamaxı") - 5 qol

Digər Xəbərlər
Xəbər Lenti