İlkin Fikrətoğlu - Pul üçün həbsxanaya düşməyə dəyərmi?

6 Fevral 21:00 I Divizion 869
İlkin Fikrətoğlu - Pul üçün həbsxanaya düşməyə dəyərmi?

Azərbaycan Premyer Liqasında qış tətili tez başa çatsa da, I Liqada fasilə həə davam edir.

Sonuncu dəfə dekabrın 26-da oynayan “birincilər” 44 günlük fasilədən sonra - fevralın 8-də meydana çıxacaq.

3 dövrədən, 27 turdan ibarət bu çempionatda artıq 12 tur arxada qalıb. Premyer Liqaya yeganə vəsiqə uğrunda mübarizə aparan 10 komanda qış fasiləsinə qədər necə təsir bağışladı?

I Liqada təcrübəli iştirakçılardan sayılan “Qaradağ Lökbatan” fasiləyə lider yollandı. 12 turda yalnız “İrəvan”a uduzan “Qaradağ Lökbatan” 8 qələbə, 3 heç-heçə ilə ümumulikdə 27 xal toplayıb.

Gənc baş məşqçi Azər Həşimov Premyer Liqaya vəsiqə üçün bütün bilik və bacarığını ortaya qoyub. Klubun rəhbərinin isə təqdimata ehtiyacı yoxdur.

Yaxın keçmişdə “Neftçi”nin prezidenti kimi böyük uğurlara imza atmış Sadıq Sadıqov. ”Qaradağ Lökbatan”ın çempion olub,

Premyer Liqaya yüksəlməsi həm də uzun müddətdir futbol elitasından kənar düşən, bəlkə də kimlərinsə məqsədli şəkildə uzaq saldığı Sadıq Sadıqovun geridönüşü olacaq.

“Qaradağ Lökbatan”ın ən yaxın izləyiciləri “Şamaxı” və MOİK-dir. Onlar liderdən 5 xal geri qalır.

Ötən il Premyer Liqada mübarizə aparmış “Şamaxı” I Liqanın ən yaxşı təmin olunmuş klublarındadır. İnfrastruktur, aşağı yaş qrupları, bir sözlə, şərait rəqiblərindən xeyıi yaxşıdır.

Deyilənə görə, Şamaxının icra başçısı Tahir Məmmədov da klubla yaxındna maraqlanır, lazımi dəstəyi verir. Bu isə bölgə komandaları üçün çox vacibdir.

Kaş Mingəçevir, Yevlax və Zaqatalanın da futbola diqqət göstərən icra başçıları olardı. “Şamaxı” 9-cu turda göstərdiyi xidmətə görə baş məşqçi Vüqar Əsgərliyə təşəkkür edib, onunla yollarını ayırdı.

9 oyuna 15 xal toplayıb beşinci sırada qərarlaşan komanda kifayət qədər təcrübəli Ramiz Məmmədova tapşırıldı.

“Şamaxı” qış fasiləsinə qədər Ramiz Məmmədovun başçılığı altında keçirdiyi 3 oyunun ikisini, o cümlədən, əsas rəqiblərindən MOİK-i udub. 1-də isə “İmişli” ilə heç-heçə edib. Hədəf isə dəyişməzdir - Premyer Liqaya vəsiqə.

MOİK-in 12 turdan sonra bütün göstəriciləri “Şamaxı” ilə eyni olsa da, top fərqinə görə “hərbiçilər” 3-cü yerdə qərarlaşıb.

Ötən mövsüm 8-ci yeri tutan komandanın heyətinin yarıdan çoxu yenilənib. Sumqayıt “Uğur”unu 2 dəfə Region Liqasında çempion edən Qəzənfər Abbasov indi baş məşqçi bacarığını peşəkar liqada göstərməyə çalışır və hələlik işi pis də alınmır.

Qış tətilində komandadan daha bir necə oyunçu göndərilib və hazırda baxışda olanlar sınaqdan keçirilir.

Mövsümün ilk yarısında MOİK üçün ən vacib, ən əlamətdar hadisə ölkə kubokunun 1\8 finalında “Qarabağ”la Xankəndidə qarşılaşmaları oldu.

34 ildən sonra Xankəndidə meydana çıxan 2 Azərbaycan klbundan biri olan MOİK “Qarabağ”a qarşı layiqli oyunu ilə diqqət çəkdi. Komandaya, sadəcə, rəhbərliyin diqqəti artmalıdır.

Xankndidəki oyundan əvvəl əl-ayağa düşüb, “hər şey yaxşı olacaq, yüksək səviyyədə qayğı göstəriləcək” vədini verən “poqon”lu rəhbərlər zabit sözünü sona qədər tutsalar, həqiqətən də MOİK üçün hər şey yaxşı olacaq və sonuncu dəfə 2010/11-ci il mövsümüdə yüksək liqada oynamış komandanı biz yenidən eılitada görəcəyik.

Dördüncü sıradakı “İmişli” və onun məşhur baş məşqçisi Əsgər Abdullayev uzun illərdir Azərbaycanın futbol elitasından uzaq düşüb.

Sonuncu dəfə 2006/07-ci il mövsümündə yüksək liqada təmsil olunan İmişlidə “MKT-Araz”ın dağılmasından sonra gözəl stadion da baxımsız vəziyyətə düşmüşdü.

I Liqa klubları arasında ən çox azarkeş tutumlu stadiona sahib olan “İmişli” məhz arenanın tələblərə cavab verməməsi səbəbindın yenidənqurma işləri bitənədək rəqiblərini Saatlı Olimpiya Kompleksində qəbul etməli oldu.

Rəqibləri deyende “İrəvan” səfər matçına gəlmədi, yalnız “Şamaxı”yla Saatlıda qarşılaşıb, 0:3 uduzdular. Və bu, onların 12 tur ərzində sonuncu məğlubiyyətləri oldu.

Yeddinci turda “Zaqatala”nı doğma meydanda qəbul edən “İmişli” o vaxtdan həm evdə, həm də səfərdə keçirdikləri oyunlarda uduzmayıb.

Amma heç-heçələrin sayı daha çox olduğu üçün Əsgər Abdullayevin komandası hazırda birinci yerdən 7 xal geri qalır.

I Liqada “Karvan”dan sonra ən çox legioner “İmişli”nin heyətindədir - braziliyalı Gilyerme Silva. qanalı Ezekiel Morqan və Liberiya millsiinn hücumçusu - Türkiyə Superliqasında “Ankaragücü”, “Mersin İdman Yurdu”nda oynamış Tonea Tisdell.

Onlardan artlq Tisdellin buradan ayrıldığı bildirilir.

İmişli publikası komandalarının Premyer Liqaya dönüşünü səbrsizliklə gözləsələr də, gedişat onların azı 1 mövsüm də səbr etməli olacağını göstərir.

Beşinci sıradakı “İrəvan” liqanın ən çox müzakirə olunan.ən qalmaqallı iştirakçısıdır. Səbəb isə birmənalı olaraq rəhbəriyin yarıtmaz işi ilə bağlıdır.

Böyük bir hay-küylü təqdimatla ortaya çıxarılan klubun rəhbərliyi mövsüm başlamamış baş məşqçi Elbrus Məmmədovla yollarıın ayırdı, bu posta Azərbaycan futbolunun əfsanələrindan Nazim Süleymanovu təyin etdi.

O da “Neftçi”dəki keçmiş komanda yoldaşları - Samir Ələkbərov və Aleksandr Jidkovu özünə köməkçi gətirdi. İndi isə yəqin ki, hamı peşmandır.

Jidkov maaşını ala bilməməsi ilə bağlı artıq AFFA-ya şikayət edib. Samir Ələkbərov da “Baku Sportinq”dəki normal işini qoyub “İrəvan”a gəlməsini özünə bağışlaya bilmir.

Məvacibləri ala bilmədiklərini deyen 7 futbolçu əvvəl məşqləri boykot etdi, sonra da İmişliyə oyuna getmədilər. Nəticədə “İrəvan” texniki məğlubiyyət aldı.

Bu da qarşısına Premyer Liqaya çıxmaq məqsədi qoyan klubun dırnaqarası “peşəkarlığı”.Həmin oyunçulaırn gedişi liderlərdən biri olan “İrəvan” indi 6-cı sırada qərarlaşıb.

Əgər klub rəhbərliyi işinə bu cür davam etsə, “İrəvan”ı hələ daha aşaöı sralarda görəcəyik. “İrəvan” kimi “Karvan” və “Mingəçevir” də 12 turun nəticələrinə görə sabun köpüyünə bənzədi.

İllərdir “bizi peşəkar liqaya buraxın, “belə yıxarıq, “belə sökərik” açıqlamalarını verən Yevlax və Mingəçevirin futbol ictimaiyyəti niyə indi klub rəhbərliyindən heabat tələb etmir?

Bu klubları tək AFFA-nın ayırdığı 300 min manat yardımın ümidinə qoyanlar fikirləşmir ki, bununla Premyer Liqa onlar ucun əlçatmaz xəyaldır.

Mingəçevirin icra başçısı İlham İsmayılov, onun Yevlaxdakı kolleqası Anar Tağıyev, eləcə də Zaqatalanın 15 illik icra başçısı Mübariz Əhmədzadə rəhbərlik etdikləri coğrafiyanın təmsilçisi olan futbol klublarının vəziyyəti ilə yaxından niyə maraqlanmır?

Ona görə Azərbaycanın bu köklü komandaları bu gün I Liqada, sadəcə, baş girələyir.

I Liqanın autsayderləri isə “Difai” və “Araz Saatlı”dır. II Liqaya düşməmək uğrunda mübarizə bu iki komanda arasında gedir. Hər ikisi tələm-tələsik yığılıb.

Reqlamentə görə, sonuncu yeri komanda birbaşa II Liqaya düşəcəksə, mövsümü 9-cu pillədə bitirən klub ikinci liqanın 2-cisi ilə pley-off matçlarına çıxmalıdır. Yəni, hər iki komanda üçün liqanı tərk etmək təhkəsi sonadək qalacaq.

Qarşıda I Lliqa komandalarını daha 15 turuq mübarizə gözləyir. Premyer Liqaya yüksələcək və II Liqaya düşəcək komandaları mayda biləcəyik. B

ir də I Liqa üçün ən qlobal məsələ danışılmış oyunlardır. Faktlar AFFA-da var və hələlik açıqlanmır.

Amma əgər UEFA-dan buinunla bağlı AFFA-ya bir necə dəfə xəbərdarlq gəlibsə, oyunlaır manipulyasiya edənlər yaxşı düşünməlidir - pul üçün üçün həbsxanaya düşməyə dəyərmi?

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti