Qurban Qurbanov bu işə qol qoydu, kluba sponsor tapıldı – SON DƏQİQƏ

1 Fevral 14:00 I Divizion 8 216
Qurban Qurbanov bu işə qol qoydu, kluba sponsor tapıldı – SON DƏQİQƏ

"Zaqatala" PFK - “Biznes klub” layihəsi çərçivəsində Futbolun İnkişaf Fondunun (FİF) növbəti görüşünün vaxtı müəyyənləşib.

Tədbir I Liqanın XV turunda fevralın 21-də keçiriləcək “Zaqatala” – “İmişli” oyunu ərəfəsində təşkil olunacaq.

Fevralın 20-də və ya qarşılaşmanın oynanılacağı gün məhz Zaqatalada tədbirin əsas hissəsi baş tutacaq. Həmin görüşdə “Biznes klub” layihəsinin iştirakçıları bəlli olacaq.

Yanvarın 19-da “Biznes klub”un təqdimatı keçirilib. Bu layihə “Zaqatala“ya iki istiqamət üzrə əlavə vəsait qazandıracaq.

Bunlardan biri ayrı-ayrı fiziki şəxslərin klubun üzvlüyünə qəbul olunmasıdır. Fərd “Zaqatala“ya aylıq 500-1000 manat civarında ödəmə edəcək.

FİF tərəfindən prosesə cəlb edilən şəxslərin sayı hazırda 10-dur. Onlardan biri də “Qarabağ“ın baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovdur.

Futbolun İnkişaf Fondunun əyalət təmsilçisini sevindirən digər addımı sponsor məsələsində rea addım atmasıdır.

Belə ki, ölkə ərazisində fəaliyyət göstərən “Oba“ mağazalar şəbəkəsi “Zaqatala“ ilə işbirliyinə müsbət yanaşıb.

Qarşıdaık günlərdə sözügedən brendlə əməkdaşlığa dair müqavilə imzalanması nəzərdə tutulub. Bu tərəfdaşlıq I Liqanın iştirakçısına hər ay 4000-5000 manat qazanc gətirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti