“Difai” qazandı - Dördüncü sparrinq, dördüncü qələbə

31 Yanvar 2024 20:40 I Divizion 1 140
“Difai” qazandı - Dördüncü sparrinq, dördüncü qələbə

I Liqada qış dövrənin hazırlıqlarının davam etdirən “Difai” bu gün növbəti yoxlama matçına çıxıb.

Elgiz Kərəmlinin baş məşqçisi olduğu komanda “Neftçi”nin ehtiyat meydançasında “Şəfa” ilə qarşılaşıb.

II Liqa təmsilçisi ilə görüş Qarabağ qazilərini təmsil edən klubun böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1.

“Fədailər”in heyətində İlham Allahverdiyevlə Kristian Kamta dubla imza atıb. Digər qolları isə Əbil Əbilovla Bayraməli Qurbanov vurub.

“Difai”nin daha öncə 3 yoxlama matçında qalibiyyət əldə etməsini xatırladaq. Ağsu komandası “Sabah”ın 19 yaşlılarını 6:1, MOİK-i 3:1 və , “Cəbrayıl”ı 1:0 üstələyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti