"Şamaxı" Saatlı komandasına 3 qola qalib gəldi

30 Yanvar 08:30 I Divizion 447
"Şamaxı" Saatlı komandasına 3 qola qalib gəldi

"Şamaxı" mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv yoxlama oyununda qüvvəsini sınayıb.

"Şamaxı" I Liqanın digər təmsilçisi "Araz Saatlı" ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Şamaxı” qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Komanda fevralın 1-i, saat 13:00-da “Karvan”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti