Sadıq Sadıqov klubun hədəfini söylədi: “Premyer Liqada çıxış etmək istəyirik”

27 Yanvar 21:20 I Divizion 3 202
Sadıq Sadıqov klubun hədəfini söylədi: “Premyer Liqada çıxış etmək istəyirik”

“Hər il olduğu kimi, bu il də çempionluğa iddialı komanda hazırlayıb ortaya qoymuşuq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”İK-nin İdarə Aparatının sədri Sadıq Sadıqov deyib.

Tanınmış idman adamı klubun nəzdində fəaliyyət göstərən “Qaradağ Lökbatan”ın Premyer Liqaya vəsiqə uğrunda mübarizə apardığını söyləyib:

“Məqsədimiz Birinci Liqada layiqincə çıxış edib çempion olmaqdır. İlk dövrəni birinci yerdə tamamladıq.

Əsas mübarizə hələ qabaqdadır. İknci yerlə aramızdakı xal fərqi çox azdır.

Qarşıdakı turlar daha çətin keçəcək. Komandanı gücləndirmək üçün ola bilsin, iki-üç transfer edək.

İnanıram ki, “Qaradağ” öz sözünü deyəcək və çempion olacaq. Çalışıb Premyer Liqaya vəsiqə verən ilk yeri tutmaq lazımdır.

Sənədləşmə ilə bağlı bir balaca problemimiz var, Lizenziyalaşdırma prosesini qarşıdakı 1 ayda uğurla keçməyi planlaşdırmışıq. İnşallah, onu da alarıq”.

Lökbatan təmsilçisi 12 tura 27 xal toplayıb və turnir cədvəlinin vahid lideridir. Ondan 5 xal az toplayan “Şamaxı” ikinci sırada yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti