"Prezident seçkilərində İlham Əliyevə səs verəcəyik" - Klub prezidenti

24 Yanvar 14:40 I Divizion 371
"Prezident seçkilərində İlham Əliyevə səs verəcəyik" - Klub prezidenti

Fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Bu şəxslərdən 10 nəfəri prezidentliyə namizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədlərini imza vərəqələri ilə birlikdə yanvarın 8-i saat 18:00-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər.

Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayıb.

Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə enib. Həmin şəxslər aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

«Difai»nin seçkilərdə kimə səs verəcəyi məlumdur. Bu barədə Sportinfo.az-a klubun prezidenti Asəf Məlikov bildirib.

Qarabağ qazilərini təmsil edən «fədailər»in rəhbəri hamılıqla İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıb:

«Azərbaycan 208 ildən sonra öz tarixi torpaqlarını geri qaytarıb, öz ərazi bütövlüyünü təmin edib. Bu böyük hadisəni bizə yaşadan Müzəffər Ali Baş Komandandır.

İlham Əliyevin rəhbərliyi altında ölkəmiz 20 ildir mühüm inkişaf yolu keçib. Hər bir azərbaycanlı kimi, biz də belə liderin olmasına görə şadıq.

Qarabağı erməni işğalından azad etmiş cənab Prezidentə bu seçkilərdə də səs vermək bizim borcumuzdur. Onun alternativi yoxdur.

«Difai» fevralın 7-də kollektiv şəkildə seçkilərdə iştirak edəcək. Həmin gün məntəqəyə yollanacaq və möhtərəm Prezidentimizə səs verəcəyik».

A.Məlikov I Qarabağ müharibəsinin iştirakçısı və qazisidir. Vətən torpaqlarının müdafiəsi naminə iki dəfə güllə yarası alıb.

«Difai» 2022-ci ilin payızında yaradılıb. Ötən mövsüm Region Liqasında uğurlu çıxış edən «fədailər» cari «futbol ili»ndən etibarən I Liqada mübarizə aparır.

Bu komandanın rəhbərliyində, texniki və oyunçu heyətində II Qarabağ müharibəsinə qatılan şəxslər yer alır.

Digər Xəbərlər
Xəbər Lenti