Premyer Liqa yolunda üçüncü transferi etdilər

20 Yanvar 2024 01:10 I Divizion 961
Premyer Liqa yolunda üçüncü transferi etdilər

"Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, klub daha bir futbolçunu heyətinə qatıb.

Bölgə təmsilçisi "Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırovla anlaşıb. Futbolçu mövsümün sonuna qədər icarə əsasında "Şamaxı"nın formasını geyinəcək.

Bu Şamaxı klubunun üçüncü transferi olub. Buna qədər Roman Hüseynov və Bəhruz Teymurov da komandaya cəlb edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti