COP29

“Difai” öz gücünü Müdafiə Nazirliyinin komandasına göstərdi

19 Yanvar 19:00 I Divizion 793
“Difai” öz gücünü Müdafiə Nazirliyinin komandasına göstərdi

“Difai” qış hazırlığını davam etdirir. Qarabağ qazilərinin təmsilçisi bu gün növbəti yoxlama matçını keçirib.

“Fədailər” Binə stadionunda MOİK-lə üz-üzə gəlib.

I Liqanın iki iştirakçısının duelindən Ağsu qalib ayrılıb. Elgiz Kərəmlinin çalışdırdığı kollektiv Müdafiə Nazirliyinin komandası üzərində 3:1 hesablı qələbə qazanıb.

“Difai”nin heyətinə Rəhman Quliyev, İlham Allahverdiyev və Kristian Kamta fərqlənib. Həmçinin “Karvan”dan yenicə heyətə cəlb olunan Əzəmət Ələkbərli avtoqola imza atıb.

Qazi klubunun bundan öncəki yoxlama görüşündə “Sabah”ın U-19 komandasını 6:1 hesabıyla darmadağın etməsini də xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti