COP29

Dördü məlum, biri naməlum - Bölgə klubunun qış tədarükü

17 Yanvar 15:00 I Divizion 636
Dördü məlum, biri naməlum - Bölgə klubunun qış tədarükü

«Difai»nin mövsümün ikinci hissəsinə aid hazırlıq planı dəqiqləşib.

Bu haqda Sportinfo.az-a Ağsu klubunun baş məşqçisi Elgiz Kərəmli məlumat verib.

«Fədailər»in çalışdırıcısı bildirib ki, yanvarın 5-dən etibarən məşqləri bərpa ediblər:

«Bu il Birinci Liqada ilk oyunu fevralın 8-də olacaq. Ona qədər 5 yoxlama görüşü keçirməyi planlaşdırmışıq, artıq «Sabah»ın U-19 komandasına qarşı oynadıq.

Beş zədəli və iki yeni transferimizin meydana çıxmamasına baxmayaraq, oyunda müsbət cəhətlər çox idi, Futbolçulardan razı qaldım.

Digər görüş MOİK ilə olacaq. Yanvar ayının 24-31-i aralığında Bakıda təlim-məşq toplanışı keçəcəyik.

Bu toplanış çərçivəsində 3 yoxlama görüşü planlaşdırmışıq. İki rəqiblə razılığa gəlmişik,

Bunlar «Cəbrayıl» və «Şəfa»dır. Bir rəqibin kimliyi hələlik qeyrimüəyyəndir».

Digər Xəbərlər
Xəbər Lenti