COP29

Dörd transferə imza atan baş məşqçi: "Olduğumuz yer bizi qane etmir"

15 Yanvar 14:40 I Divizion 1 403
Dörd transferə imza atan baş məşqçi: "Olduğumuz yer bizi qane etmir"

«Yeni transferlərin hər birinə çox inanırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin baş məşqçisi Elgiz Kərəmli deyib.

I Liqada yarışan debütant sezonun ikinci yarısına ciddi hazırlaşır. «Fədailər» qış fasiləsində xeyli dəyişiklik edib.

Qarabağ qazilərinin təmsilçisi bu arada 12 nəfərlə vidalaşıb. Onların əvəzinə düşərgəyə 4 yeni ad cəlb olunub.

Ağsu klubu «Araz-Naxçıvan»dan Bayraməli Qurbanovu və «Şamaxı»dan Əbil Əbilovu icarəyə götürüb. Həmçinin «Karvan»dan Əzəmət Ələkbərli və «İrəvan»dan Əlirza Müştəbəzadə ilə müqavilə imzalanıb.

Gənc mütəxəssis builki məqsədlərinin I Liqada qalmaq olduğunu bildirib:

«Artıq transfer çalışmalarımızı bitirmişik. Məlum olduğu kimi, Peşəkar Futbol Liqası birinci liqa klublarına sifariş limiti qoyub.

Hər iştirakçı uzaqbaşı 35 futbolçunun adını iştirak ərizəsinə daxil edə bilər. «Difai» mövsümə 27 sifarişlə başlayıb.

Noyabrın sonu, dekabrın əvvəlində 4 nəfərlə müqavilə bağladıq. Dörd yerimiz qalırdı, onu da indi doldurduq.

Yeni gələnlərin hamısına böyük ümidlər bəsləyirik. İnanırıq ki, komandamıza lazımi faydanı verəcəklər.

Turnir cədvəlində olduğumuz yer bizi qane etmir. Bacardıqca yuxarı pillələrdə olmağa çalışacağıq».

Digər Xəbərlər
Xəbər Lenti