
I Divizionda 2022/2023 mövsümünə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Mingəçevir" sonuncu turda doğma meydanda "Səbail-2"ni qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 44-ə yüksəldən "Səbail-2" mövsümü 4-cü pillədə başa vurub. 20 xal toplayan "Mingəçevir" isə 14-cü olub.
"Mingəçevir" - "Səbail-2" 1:1
Qollar: E.Əlizadə, 83 (p) - X.Bədirov, 18