AFFA prezidentinin əlindən qızıl alanlar… FOTOLAR

25 May 2023 03:40 I Divizion 678
AFFA prezidentinin əlindən qızıl alanlar… FOTOLAR

I Divizionda 2022/2023-cü illər mövsümünün qalibi “Araz Naxçıvan” klubu mükafatlandırılıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, XXX turun “Araz Naxçıvan” - “Zaqatala” (2:0) görüşünün ardınca Naxçıvan Muxtar Respublika stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, Naxçıvan klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak edib.

Əvvəlcə turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub, daha sonra çempion “Araz Naxçıvan”ın rəsmi şəxsləri, məşqçiləri və futbolçuları qızıl medallara qovuşub.

Təltifetmə mərasimindən sonra tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun da iştirak etdiyi konsert proqramı ilə davam edib.
Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti