AFFA-nın önündə “yaşıl işıq” yandırdığı klub böyük şirkətin himayəsinə keçir? - SON DƏQİQƏ

24 May 2023 18:00 I Divizion 5 554
AFFA-nın önündə “yaşıl işıq” yandırdığı klub böyük şirkətin himayəsinə keçir? - SON DƏQİQƏ

Dünən I Divizionda çempionluğunu rəsmən qeyd edən “Araz Naxçıvan”da həyat yenidən qaynamağa başlayıb.

AFFA tərəfindən Premyer Liqada iştirakına lisenziya verilən Muxtar Respublika (MR) təmsilçisi baş sponsorunu dəyişə bilər.

Belə ki, “Cahan Holdinq”in klubun təsisçiliyini başqa bir şirkətə verməsi gündəmə gəlib.

Regionda, eləcə də Türkiyədə fəaliyyət göstərən iri biznes strukturlarından biri “Araz Naxçıvan”ı himayəsinə götürmək istəyini ortaya qoyub.

Bir neçə sahə üzrə böyük iş qurmuş şirkət “qırmızı-ağlar”ın qarşıdakı 5 il üçün inkişaf strategiyasını da işləyib və MR rəhbərliyinə təqdim edib.

“Araz Naxçıvan” Vüqar Abbasovun adında olan “Cahan”ın balansındadır.

Holdinqin ötən ilin payızından - Vasif Talıbovun Ali Məclsin sədri postundan istefa verməsindən sonra yaxşı günlər yaşamamasına dair mediada çoxsaylı xəbərlər yayılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti