
Bu gün I Divizionda mövsümə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu – 30-cu turun oyunları eyni gündə baş tutub.
Çempion “Araz Naxçıvan” doğma meydanda “Zaqatala”nı inamlı hesabla məğlub edib. Oyunun ikinci hissəsində hücumların kəsərini artıran "qırmızı-ağlar" hesabı 2:0 öz xeyirlərinə dəyişiblər.
Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da "Araz-Naxçıvan" I Divizionda çempionluğunu tam rəsmiləşdirib.
Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.
Sonda "Araz-Naxçıvan"a doğma meydanda kubok və medallar təqdim edilib. Ardından stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunub.
Gümüş medalların sahibi “Neftçi”nin əvəzediciləri də MOİK-lə səfər matçında inamlı qələbəyə sevinib.
Üçüncü pillədə olan “Turan Tovuz”un ikinci komandası isə “İmişli”ni böyük hesabla məğlub etməklə bürünc medalları təmin edib.
23 may
"Mingəçevir" – "Səbail-2" 1:1
Qol: Elvin Əlizadə, 83-pen – Xəyal Bədirov, 18.
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Anar Bədəlov, Murad Səlimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
MOİK – "Neftçi-2" 2:4
Qol: Tural Axverdiyev, 30. İlham Allahverdiyev, 62 – Elşad Tağıyev, 7; 13-pen. Seymur Əliyev, 39. Aqşin Abazərov, 73.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Kamran Əliyev.
Binə qəsəbə stadionu.
"Araz Naxçıvan" – "Zaqatala" 2:0
Qol: Orxan Əliyev, 76; 80.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Kərim Zeynalov, Mahmud Bağırzadə.
Naxçıvan Muxtar Respublika stadionu.
"Qəbələ-2" – "Qarabağ-2" 0:0
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Tural İbrahimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança).
"Turan Tovuz-2" – "İmişli" 3:0
Qol: Sadiq Şəfiyev, 45; 71-pen. Okebuqvu Henri, 48.
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Tovuz şəhər stadionu.
"Zirə-2" – "Şamaxı-2" 2:2
Qol: Mahmud Ağayev, 58. Xəqani Sadıxov, 66-pen – Qurban Səfərov, 43-pen. Asim Əlizadə, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Asif Abdullayev, Fəridə Lütfəliyeva.
Zirə İK stadionu.
"Sumqayıt-2" – "Kəpəz-2" 3:2
Qol: Uğur Cahangirov, 72. Maqsud Ələkbərov, 80. Xəzər Mahmudov, 82 – Nemət Musayev, 70pen. Sənan Əliyev, 89.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Rövşən Rəcəbov.
“Sumqayıt Arena” (ehtiyat meydança).
N | Klublar | O | Q | H | M | T-F | X | |
1 | Araz Naxçıvan | 28 | 22 | 3 | 3 | 69-22 | 69 | |
2 | Neftçi-2 | 28 | 18 | 5 | 5 | 67-32 | 59 | |
3 | Turan Tovuz-2 | 28 | 15 | 3 | 10 | 49-37 | 48 | |
4 | Səbail-2 | 28 | 13 | 5 | 10 | 46-44 | 44 | |
5 | Qəbələ-2 | 28 | 12 | 8 | 8 | 45-28 | 44 | |
6 | Zaqatala | 28 | 13 | 5 | 10 | 49-48 | 44 | |
7 | Kəpəz-2 | 28 | 13 | 4 | 11 | 41-36 | 43 | |
8 | MOİK | 28 | 12 | 7 | 9 | 43-42 | 43 | |
9 | Qaradağ Lökbatan | 28 | 12 | 5 | 11 | 30-23 | 41 | |
10 | Şamaxı-2 | 28 | 11 | 4 | 13 | 40-56 | 37 | |
11 | Qarabağ-2 | 28 | 9 | 4 | 15 | 32-39 | 31 | |
12 | Zirə-2 | 28 | 6 | 10 | 12 | 28-41 | 28 | |
13 | Sumqayıt-2 | 28 | 6 | 4 | 18 | 36-60 | 22 | |
14 | Mingəçevir | 28 | 5 | 5 | 18 | 29-51 | 20 | |
15 | İmişli | 28 | 6 | 2 | 20 | 21-66 | 20 | |
BOMBARDİRLƏR: |