Premyer Liqaya vəsiqə qazanan klub İspaniyadan məşqçi gətirir

23 May 2023 13:00 I Divizion 3 194
Premyer Liqaya vəsiqə qazanan klub İspaniyadan məşqçi gətirir

«Araz Naxçıvan» yeni məşqçi ilə danışıqlar aparır.

Premyer Liqaya vəsiqə qazanan Muxtar Respublika klubu İspaniyadan olan mütəxəssisə dəvət göndərib.

Həmin çalışdırıcı komandanın sükanı arxasına gətirilmir, səhv anlaşılmasın.

I Divizionun son çempionu Azər Bağırova fiziki hazırlıq üzrə köməkçi axtarır.

Bu təyinat qarşıdakı 10 gün ərzində gerçəkləşməlidir. Əslində, tərəflər razılığa gəlmək üzrədir.

Sadəcə, AFFA «Araz Naxçıvan»ın Premyer Liqa sıralarına qəbulu haqda rəsmi açıqlama yaymalıdır ki, növbəti mövsümlə bağlı planlar konkretləşsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!